Samir Şərifov: “Maliyyə sektorundakı islahatlar...”

21 May 2019 10:03 (UTC+04:00)

“Azərbaycan iqtisadiyyatın bir sıra sahələrində olduğu kimi, maliyyə sektorunda da uğurlu islahatlar aparıb. Bu isə dövlət büdcəsi gəlirlərinə müsbət təsir edib”.

Bunu Bakıda keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nda (“2019 Asian Development Public Debt Management Forum") çıxış edən Samir Şərifov deyib.

“Görülən işlər nəticəsində Azərbaycan Dünya Bankının "Doing Business 2019" hesabatında ən çox islahat aparan 10 ölkə arasındadır”, - nazir qeyd edib.(report.az)

AzNews.az