Hülya Avşar illərə meydan oxuyur

21 May 2019 11:52 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Hülya Avşar yeni paylaşımı ilə göz oxşayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, izləyicilər 55 yaşlı aktrisaya illərin onu dəyişdirmədiyini, gözəlliyini itirmədiyini yazıblar.

Hülya Avşar dünən müxbirlərin “9 ildir təksiniz, sevgidən soyudunuzmu?” sualına “Həyatımda heç kim yoxdur. O qədər xoşbəxt və hüzurluyam ki. Heç kimə ayırmağa zamanım yoxdur” cavabını verib.

Nigar CƏFƏR

AzNews.az