Birinci xanım kimi ilk işi bu oldu

21 May 2019 12:36 (UTC+04:00)

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya mayın 20-də həyat yoldaşı and içdikdən və vəzifəsini icra etməyə başladıqdan sonra ilk iş olaraq instaqramda özünə rəsmi hesab (olenazelenska_official) açıb.

Birinci xanımı artıq 360 minə yaxın insan izləyir.

O, inaqurasiya mərasimində tək və Zelenski ilə birlikdə çəkilmiş 9 fotosunu hesabında yerləşdirib.

Zelenskaya sosial şəbəkədə sadəcə 4 hesabı izləyir ki, bunların biri ərinin, digər ikisi həyat yoldaşına məxsus “Kvartal 95” şirkətinin, biri isə “Zelenskinin komandası” hesabıdır.

Yelena Zelenskaya “story” bölməsində isə video paylaşıb.(qafqazinfo.az)

AzNews.az