AFFA Azərbaycan Kubokunun finalçılarını cəzalandırdı

21 May 2019 12:59 (UTC+04:00)

AFFA İntizam Komitəsi "Qəbələ" və "Sumqayıt" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final matçında baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

“Qəbələ” 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib.

90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın oyunçusu Cavid Tağıyev isə 2 oyunluq cəzaya məruz qalıb. O, klubunu 1600 manat ziyana salıb.

Qeyd edək ki, oyun "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.(report.az)

AzNews.az