Dəniz səviyyəsi sürətlə qalxır...

21 May 2019 14:25 (UTC+04:00)

Alimlər Qrenlandiya və Antarktidada buzların sürətlə əriməsi nəticəsində qlobal dəniz səviyyələrinin gözlənildiyindən daha çox qalxacağını ehtimal edir.

Bu barədə BBC məlumat verir.

Buna qədər alimlər planetin dənizlərində su səviyyəsinin 2100-cü ilə qədər maksimum bir metr artacağını proqnozlaşdırırdı.

Ancaq yeni elmi tədqiqat nəticəsində məlum olub ki, həmin müddətə qədər bu göstərici iki dəfə çox ola bilər.

Alimlərin hesablamalarına görə, bu, yüz milyonlarla insanı yaşadığı yerlərdən köçmək məcburiyyətində qoyacaq.(oxu.az)

AzNews.az