Bilet satışında 4-cü mərhələ

21 May 2019 14:41 (UTC+04:00)

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb.

Bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Biletləri Port Baku Mall, 28 May Mall, Gənclik Mall və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündü.

Qeyd edək ki, ilkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılmış, sonra isə Bakı şəhərindəki müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunmuşdu.

AzNews.az