Sosyetik gözəl lüks evində özünü asdı

21 May 2019 16:53 (UTC+04:00)

Sosyetik gözəl Deniz Keskin intihar edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Deniz Keskin Beykozda yerləşən lüks evində özünü iplə asıb.

Sosyetik gözəlin hüquqşünas Kerim Yardımcının keçmiş həyat yoldaşı olduğu ortaya çıxıb. Cütlüyün bir oğlu var.

Ölümündən dörd gün öncə tətilə gedən Deniz Keskinin ölümü hər kəsdə şok yaradıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Rəqsanə

AzNews.az