Almaniyada “Aksel” həyəcanı - Ölən var

21 May 2019 17:02 (UTC+04:00)

Almaniyanın Bavariya federal torpağında tüğyan edən "Aksel" qasırğası avtomagistralda qəzaya səbəb olub.

Qəza nəticəsində bir nəfər ölüb.

Qeyd edilir ki, qasırğa bir neçə saat ərzində ölkənin Hessen və Şimali Reyn - Vestfaliya federal torpaqlarında sel və daşqınlara səbəb olub.

Sinoptiklər sabah səhərə qədər havanın qeyr-sabit keçəcəyini proqnozlaşdırırlar.(trend.az)

AzNews.az