Erməni televiziya işçisi Moskvada döyüldü

21 May 2019 17:43 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvanın mərkəzində televiziya işçisi, realiti-şounun aparıcısı Karen Koçaryan döyülüb.

Əslən erməni olan Karen Koçaryan realiti-şouda iştirak edən gənclərin valideynləri tərəfindən döyülüb.

Belə ki, realiti-şouda bəzi nömrələr onların xoşuna gəlməyib və gənclərin yaxınları verilişdən sonra aparıcını döyüblər.

Jurnalist ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.(trend.az)

AzNews.az