"Neftçi"nin legioneri milli komandasının düşərgəsinə qoşuldu

21 May 2019 18:42 (UTC+04:00)

"Neftçi”nin futbolçusu Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qoşulub.

22 yaşlı yarımmüdafiəçi iyunun 6-dək yığmanın təlim-məşq toplanışında olacaq.

Qeyd edək ki, Mamadu Kane son mövsümün ikinci yarısından etibarən "Neftçi”nin heyətində 9 oyun keçirib.

AzNews.az