Ukrayna parlamenti buraxıldı

21 May 2019 19:46 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanı buraxmaq barədə fərman imzalayıb.

Müvafiq fərman imzalandığı gündən qüvvəyə minir.

Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin edilib.

Bununla yanaşı, dövlət başçısı Ali Radanın sədri Andrey Parubiyə mayın 22-də növbədənkənar iclas keçimək barədə tələbnamə göndərib. Həmin iclasda deputat seçkiləri barədə qanuna dəyişikliklər müzakirə olunacaq.

Bundan əvvəl ölkə prezidenti parlamenti erkən buraxacağını açıqlamışdı. (report)

AzNews.az