Ukrayna parlamentinin növbədənkənar iclası keçiriləcək

21 May 2019 21:09 (UTC+04:00)

Ukrayna Ali Radasının sədri Andrey Parubi mayın 22-nə növbədənkənar iclas təyin edib.

Spiker “Twitter”dəki səhifəsində iclas zamanı parlament seçkiləri haqqında qanuna dəyişikliklərin müzakirə olunacağını bildirib.

Bu qərarın ölkə prezidenti Vladimir Zelenskinin müvafiq tələbilə bağlı verildiyi qeyd olunub. (report)

AzNews.az