Yasamalda maşın yandı

21 May 2019 22:51 (UTC+04:00)

Yasamal rayonunda "Mercedes" markalı minik avtomobili yanıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, avtomobilin idarəetmə lövhəsində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az