Azərbaycan Tokio olimpiadasına ilk lisenziyanı qazandı

22 May 2019 09:49 (UTC+04:00)

Azərbaycan 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb.

Bu vəsiqəyə atletikanın çəkicatma növündə Anna Skidan sahib olub.

O, Çinin Nanjinq şəhərində keçirilən IAAF World Challange Nanjing 2019 turnirində 72.92 m nəticə göstərərək 5-ci yerin sahibi olub.

Bununla da Skidan 72,50 m-lik lisenziya normasını yerinə yetirib.(report.az)

AzNews.az