Kürdəmirdə gənc qızı maşın vurdu

22 May 2019 09:56 (UTC+04:00)

Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Atakişili kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2000-ci il təvəllüdlü Anaxanım Anar qızı Əhmədovanı yolu qarşı tərəfə keçmək istəyən zaman "VAZ 21011" markalı avtomobil vurub.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az