Bakıda avtobus dayanacaqlarında sakinlərdən nə soruşdular?

22 May 2019 10:20 (UTC+04:00)

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihəyə dəstək verib.

AzNews.az Təhsil nazirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından mühüm əhəmiyyət daşıyır.

Bu məqsədlə aparılan sorğuda 203 könüllü 600-dək dayanacaqda 30 000 nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsi inkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə dəstək verilib.

Səidə Vahid

AzNews.az