Röya Ayxandan lüks evində təhlükəli hərəkət - FOTO

22 May 2019 10:40 (UTC+04:00)

Əməkdar artist Röya Ayxanın gözəlliyini və fiqurasını qorumaq üçün etdiyi hərəkət marağa səbəb olub.

AzNews.az xəbər verir ki, idman edərkən çəkilən fotosunu İnstagramda paylaşan Röya Ayxan “Çox ağır gəldi” şərhini yazıb.

Gimnastik hərəkətlər edən əməkdar artistə sosial şəbəkə istifadəçiləri “Röya xanım özünüzü niyə belə incidirsiniz?” şərhini yazıblar.

Qeyd edək ki, Röya Ayxan bir müddət əvvəl evində idman zalının olduğunu açıqlamışdı.

Rəqsanə

AzNews.az