Yunanıstanın qərbində zəlzələ

22 May 2019 13:48 (UTC+04:00)

Yunanıstanın qərbində Patra şəhəri yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Afina Qeodinamika institutunun məlumatına əsasən, yeraltı təkan 5 kilometr dərinlikdə baş verib. Zəlzələ Patra və ətraf rayonlarda hiss olunub.(AZƏRTAC)

AzNews.az