“Türk tarixi səlnaməsi” səhnəsi “Kaspi” liseyində göstərildi - FOTO

22 May 2019 13:52 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün türk tarixçisi İlbər Ortaylı “Kaspi” liseyinin qonağı olub.

Tədbirdə “Kaspi” Təhsil şirkətinin təsisçisi Sona Vəliyeva çıxış edib. Daha sonra liseyin şagirdləri özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.

AzNews.az xəbər verir ki, öncə “Kaspi” liseyinin şagirdləri xorla mahnı oxuyublar.

“Türk tarixi səlnaməsi” adlı səhnə tədbirə toplaşanların alqış sədaları altında qarşılanıb.

“Azərbaycan-Türkiyə“ rəqs nömrəsi də zala toplaşanların ürəyincə olub.

İlbər Ortaylı tədbirdə geniş nitq söyləyib.

Səidə Vahid

AzNews.az