İtaliyada turistləri aparan avtobus aşdı - Ölən var

22 May 2019 14:27 (UTC+04:00)

İtaliyada turistləri aparan avtobus aşıb.

Hadisə Sienna vilayətində Badessa şəhəri yaxınlığında baş verib.

İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Ümumilikdə avtobusda 60 nəfərin olduğu bildirilib.

Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.

Ölən və yaralanan şəxslərin vətəndaşlığı hələ açıqlanmayıb.(trend.az)

AzNews.az