Moldova prezidenti İqor Dodon koalisiya formalaşdırılmadığı halda iki həftə müddətində parlamenti buraxacağını bəyan edib.
Dodonun sözlərinə görə, iki həftəyə parlamentdə ümumi mövqe nümayiş etdirilməyərək koalisiya yaradılmasa öz konstitusion hüququndan istifadə edəcək. Parlamenti buraxmaq barədə fərman imzalayacaq.
Qeyd edək ki, Moldovada parlament seçkiləri fevralın 24-də keçirilib. Yeni parlament 3 ay müddətində koalisiyanı formalaşdırmalıdır.(AZƏRTAC)
AzNews.az