İlbər Ortaylıya Topçubaşovun oğlunun hazırladığı xəritə təqdim edildi - FOTO

22 May 2019 16:38 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün türk tarixçisi, yazıçı İlbər Ortaylı “Kaspi” liseyinin Bakıxanov filialında qonaq olub. Bu əlamətdar hadisə ilə bağlı liseydə geniş tədbir keçirilib. Tədbirdə “Kaspi” Təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, xalq şairi Sabir Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, müəllim-şagird kollektivi, ziyalılar, media nümayəndələri iştirak edib.

AzNews.az xəbər verir ki, tədbirin sonunda “Kaspi” Təhsil şirkətinin təsisçisi Sona Vəliyeva İlbər Ortaylıya Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər Topçubaşovun hazırladığı və yeganə nüsxədə olan “Türk xalqları harada yaşayır?” adlı xəritə təqdim edib.

Sona Vəliyeva öz kitablarını da alimə hədiyyə edib.

Səidə Vahid

AzNews.az