Azərbaycan qazının Gürcüstana ilk nəqlindən 60 il ötür

22 May 2019 17:02 (UTC+04:00)

Bu il Azərbaycan qazının Gürcüstana ilk dəfə nəql olunmasının 60 illiyi tamam olur.

Bu tarixi faktı Gürcüstanın Qaznəqletmə Şirkəti “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində xatırladıb.

Azərbaycandan Gürcüstana təbii qaz 1959-cu ildə Qaradağ-Tbilisi kəməri ilə çatdırılıb. Kəmərin uzunluğu 506 km, diametri isə 500 mm olub. Həmin ilin dekabrında Tbilisidəki Navtluq qazpaylayıcı stansiyasında ilk məşəl alovlandırılıb.

Qaradağ-Tbilisi kəməri Zaqafqaziyada tikilmiş ilk magistral qaz kəməridir.(report.az)

AzNews.az