Rusiyada təyyarə uçuş zamanı yandı

22 May 2019 17:43 (UTC+04:00)

Rusiyanın Stavropol diyarında “An-2” təyyarəsi uçuş zamanı yanıb.

Məlumatı TASS yayıb.

Bildirilib ki, təyyarə meşə zolağına çırpılaraq yanıb.

Məlumata görə, “An-2” lazımi sürəti yığa bilmədiyi üçün uçuş-eniş zolağından kənara çıxıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.(report.az)

AzNews.az