Qəbul imtahanında maksimum nəticə göstərən yeganə abituriyentin adı məlum oldu - FOTO

22 May 2019 20:49 (UTC+04:00)

Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin şagirdi Tofiq Muxtasanov I ixtisas qrupu üzrə qəbul imtahanında maksimum nəticə əldə edib.

Şagird ona verilən bütün suallara tam düzgün cavab yazaraq maksimum nəticə - 400 bal toplayıb.

Qeyd edək ki, T.Muxtasanov bu qrup üzrə ən yüksək nəticə əldə edən yeganə abituriyentdir. (report)

AzNews.az