Türkiyədə avtobus minik avtomobili ilə toqquşdu: 8 yaralı

23 May 2019 00:19 (UTC+04:00)

Türkiyənin Kırıkkale şəhərində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

Toqquşma nəticəsində 8 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerinə çox sayda təcili yardım maşınları cəlb edilib. Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır. (trend)

AzNews.az