Azərbaycan samboçusu erməniyə qalib gəldi

23 May 2019 09:12 (UTC+04:00)

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov İspaniyanın Xixon şəhərindəki sambo üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Döyüş sambosu növündə 82 kq çəki dərəcəsində çıxış edən Abbasov ilk qarşılaşmasında ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.

Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan azərbaycanlı samboçu bürünc medal uğrunda görüşə çıxıb. Ermənistanlı Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.(report.az)

AzNews.az