“Prada” təbii xəzdən imtina etdi

23 May 2019 09:57 (UTC+04:00)

İtalyanın məşhur “Prada” moda evi paltar və aksesuar istehsalında heyvan xəzindən imtina etmək qərarına gəlib.

Lenta.ru xəbər verir ki, şirkət 2020-ci ilin yaz/yay qadın kolleksiyasında artıq təbii xəzdən istifadə etməyəcək.

Belə qərar heyvanları müdafiə edən “Fur Free” alyansı ilə danışıqlardan sonra qəbul olunub.

Moda evinin rəhbəri Miuççi Pradanın sözlərinə görə, alternativ materialların tədqiqatı yeni kolleksiyalarda kreativ dizayndan istifadə etmək imkanı verir.(oxu.az)

AzNews.az