Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

23 May 2019 10:13 (UTC+04:00)

Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) hərbçilərinin də iştirakı ilə hərbi təlimlər başlayıb.

Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Erciyes-2019 Tatbikatı" təlimləri Kayseridə keçirilir.

Bu təlimlərdə həmçinin Pakistan və Gürcüstan HHQ də iştirak edir.

Qeyd edək ki, təlimlərdə müşahidəçi qismində Rumıniya, ABŞ, İtaliya və Qətər nümayəndələri iştirak edir.(trend.az)

AzNews.az