Azərbaycanın “İnterpol”a verdiyi qadın Dubayda saxlanıldı

23 May 2019 10:54 (UTC+04:00)

Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda tutulub.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan 46 yaşlı Beydiyeva Zenfirə Şahbala qızı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.

Qeyd edək ki, Z.Beydiyeva 16.07.1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir.

Barəsində 2016-cı ildə axtarış elan edilib.(report.az)

AzNews.az