İsmail YK-nın mahnısı bir gündə 1 milyon baxış aldı - VİDEO

23 May 2019 11:14 (UTC+04:00)

İsmail YK “Hep Seninle Olmak” ("Hər zaman səninlə olmaq") adını verdiyi yeni mahnısına "Yeşilçam" filmlərini xatırladan rəngli bir klip çəkib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mahnının söz və musiqisi Mustafa Şimşeyə, aranjemanı isə İsmail YK-ya aiddir.

İsmail YK-nın özünün idarə etdiyi və rus model Diana ilə oynadığı klip YouTube-də sadəcə 1 gündə 1 milyon baxış sayına çatıb. Hal-hazırda baxış sayı 2 milyon 208 min 644-dür. Bu rəqəm hər dəqiqə artmaqda davam edir.

Səidə Vahid

AzNews.az