Nigar da DNT analizi verdi

23 May 2019 11:02 (UTC+04:00)

Müğənni Nigar Camal da Eldar Qasımov kimi “Eurovision” mahnı müsabiqəsi tərəfindən aparılan DNT analizlərinə müraciət edib.

O, bu barədə instaqram səhifəsində məlumat yayıb.

Nigar qeyd edib ki, test nəticələri 4 həftədən sonra məlum olacaq: “Eldarın cavabları bəllidir. İndi sıra məndədir, görək, genetikam məni haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqalardan çıxıblar… Bunların hamısını biləcəyik”.

Qeyd edək ki, DNT analizi “Eurovision- 2019”un sponsorlarının təklifi ilə hazırlanıb. Buna səbəb sənətçilərin hansı millətə məxsus olduğunu müəyyənləşdirməkdir.(qafqazinfo.az)

AzNews.az