Ermənistanda taksi sürücüləri etiraz aksiyası keçirirlər

23 May 2019 11:10 (UTC+04:00)

“Novosti Armeniya” xəbər verir ki, aksiya ölkənin üçüncü böyük şəhəri olan Vanadzorda keçirilir.

Aksiya iştirakçıları etiraz əlaməti olaraq avtomobillərini Lori vilayətnin mərkəzi binasının, Vanadzor şəhər merliyinin qarşısındakı “Ayka” meydanında saxlayıblar.

Sürücülər maye qazın qiymətinin bahalaşmasına etiraz edirlər, onun ucuzlaşdırılması tələbini irəli sürüblər. Aksiya iştirakçıları səlahiyyətli orqanların nümayəndələri ilə görüşmək istəyirlər.

Qeyd edək ki, cari il mayın 1-dən Ermənistanda maye qazın qiyməti bahalaşıb.(report.az)

AzNews.az