Təhsil Nazirliyindən 12 illik təhsillə bağlı açıqlama

2 May 2013 14:39 (UTC+04:00)
"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək ölkədə 12 illik təhsil sisteminə keçidin nəzərdə tutulması ilə əlaqədar Təhsil Nazirliyində müvafiq təhlillər aparılır. Bu barədə məlumat Təhsil Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, təhlillər 12 illik təhsil sisteminə keçidlə bağlı bir sıra məqamları əhatə edir. Təhlillər yekunlaşdırıldıqdan sonra yeni sistemə bütün ölkə üzrə eyni vaxtda keçiriləcəyi, yoxsa sistemin əvvəlcə pilot layihə kimi həyata keçiriləcəyi məsələsinə də aydınlıq gətiriləcək.

Kəmalə
AzNews.az