Türkiyə İrandan qaz idxalını dayandırıb - KİV

23 May 2019 11:44 (UTC+04:00)

“Türkiyə İrandan təbii qaz idxalını dayandırıb”.

“Newsru.co” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıranın başçılığı ilə ABŞ-da səfərdə olan nümayəndə heyətinin üzvlərindən biri bildirib.

“ABŞ-ın strateji müttəfiqi olaraq biz İrana qarşı sanksiyanı poza bilmərik”,- nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvü vurğulayıb.

Bildirilib ki, nümayəndə heyəti ABŞ-la Türkiyə arasında böhranı həll etmək məsqədi ilə Vaşinqtona səfər edib.

Onlar artıq Prezident Donald Trampla görüşüblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İrandan təbii qaz almasına icazə verdiyi 8 ölkədən biri də Türkiyə idi. Ancaq mayın 2-dən bu möhlət başa çatıb.(report.az)

AzNews.az