Zelenskinin istefası üçün petisiya başladıldı

23 May 2019 11:49 (UTC+04:00)

Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin istefası üçün petisiyaya başlanılıb.

“Gazeta.ru”nun verdiyi xəbərə görə, sözügedən petisiya Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.

Sənədi sutka ərzində 5 mindən çox insan imzalayıb. Rəsmi baxış üçün 90 gün ərzində ən azı 25 min imza toplanmalıdır.

Xatırladaq ki, V. Zelenski 20 maydan Ukraynaya rəhbərlik etməyə başlayıb.(qafqazinfo.az)

AzNews.az