Əfqanıstanda daşqın 10 can aldı

23 May 2019 12:52 (UTC+04:00)

Əfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətində leysan yağışlardan sonra bş verən daşqınlar nəticəsində azı 10 nəfər ölüb.

Bu barədə “Pajak” agentliyi məlumat yayıb.

Ölənlərdən 3-ü uşaqdır.

Məlumata görə, aprel ayından Əfqanıstanın 13 əyalətində daşqın müşahidə edilib. Bu təbii fəlakət nəticəsində 108 nəfər ölüb, 13 nəfər itkin düşüb, 48 nəfər isə xəsarət alıb.(report.az)

AzNews.az