Mustafa “BP”dən 65 min istəyir - VİDEO

23 May 2019 12:56 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal “BP” şirkətini (British Petroleum) məhkəməyə verib.

Buna səbəb neft şirkətinin müqavilə vaxtının bitməsinə baxmayaraq reklamlarında sənətçinin simasından istifadə etməsidir.

Buna etiraz edən ifaçı İstanbul Hüquq Məhməkəsinə müraciət edərək qarşı tərəfdən təzminat tələb edib.

Mustafa qeyd edib ki, sözügedən firma ilə müqaviləsi iki il bundan əvvəl bitib. Buna baxmayaraq Sandalın reklam fotoları “BP”yə məxsus yanacaqdoldurma məntəqələrində asılıb.

Müğənni şirkətdən 50 min maddi, 15 min isə mənəvi olaraq təzminat istəyir.(qafqazinfo.az)

AzNews.az