Cəlilabadda fəhlə çalışdığı evdə döyüldü

23 May 2019 13:05 (UTC+04:00)

Cəlilabadda fəhlə çalışdığı evdə döyülüb.

Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü Yusif Əliyev işlədiyi evin sahibindən əmək haqqını istəyib. Nəticədə mübahisə yaranıb və o, ev sahibinin ailə üzvləri tərəfindən döyülüb. Yaralı ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(ona.az)

AzNews.az