102 yaşlı qadın adam öldürdü

23 May 2019 14:04 (UTC+04:00)

Fransanın Aisne bölgəsində yerləşən Çezi-Sur-Marn qəsəbəsindəki qocalar evində yaşayan 102 yaşlı qadın 92 yaşlı otaq yoldaşını qətlə yetirib.

Araşdırmalardan sonra yaşlı qadının ölümünə küt alətlə üzünə endirilən zərbələrin səbəb olduğu məlum olub.

Olaydan sonra mərhumun 102 yaşlı otaq yoldaşı şübhəli şəxs qismində müşahidə altına alınıb. Qətlin mübahisə zəminində baş verdiyi ehtimal edilir.

Olayla bağlı araşdırma davam edir.(teleqraf.com)

AzNews.az