“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası...” - Zurabişvili

23 May 2019 15:15 (UTC+04:00)

“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin bərpa olunmasını alqışlayıram”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili rəsmi “Facebook” səhifəsində yazıb.

Dövlət başçısı prosesin tezliklə nəticə verəcəyinə əminlik ifadə edib: “Əminəm ki, tərəflər iki ölkə arasında uzun illər davam edən mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini rəhbər tutacaqlar”.(report.az)

AzNews.az