Qubada iki maşın toqquşdu - Yaralılar var

23 May 2019 15:19 (UTC+04:00)

Hadisə rayonun Barlı kəndi ərazisində qeydə alınıb.

"VAZ-2106" və "VAZ-2107" markalı maşınların toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Hər iki şəxs Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.(ona.az)

AzNews.az