“Barselona” 18 yaşlı hollandiyalı ilə müqavilə imzaladı

23 May 2019 15:44 (UTC+04:00)

Kataloniya təmsilçisi Hollandiyanın “Qroningen” klubunun yarımmüdafiəçisi Lüdviq Reyslə müqavilə imzalayıb.

18 yaşlı futbolçunun keçidi 3,25 milyon avroya gerçəkləşib. Müqavilə 3+2 il müddətinə bağlanılıb. Anlaşmada L.Reysin satış qiyməti kimi 100 milyon avro göstərilib.

Qeyd edək ki, slovak əsilli hollandiyalı “Qroningen”in öz yetirməsidir. 2017-ci ildən klubun əsas heyətində oynayan L.Reys cari mövsüm 31 matçda 1 qol vurub.(ona.az)

AzNews.az