Türkiyədə itkin düşən jurnalistin meyiti tapıldı

23 May 2019 16:00 (UTC+04:00)

Türkiyədə “Anadolu” Agentliyinin mayın 10-dan itkin düşmüş əməkdaşı Əbdülqədir Nişancının axtarışları başa çatıb.

Bayburt vilayətində dağlıq ərazidə çəkiliş apararkən ayağı sürüşüb uçurumdan yuvarlanan müxbirin meyiti tapılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ərazidən agentliyin Bayburt bölgə müxbiri olan Ə. Nişancıya məxsus olan fotokamera və sənədlər tapılıb. Dünyanın 3-cü ən təhlükəli çografi şəraitinə malik Soğanlı dərədə müxbirin axtarışı üçün cəlb edilən briqadanın tərkibində olan iki hərbçi əməliyyat-axtarış tədbirləri zamanı həlak olub.(ona.az)

AzNews.az