Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı MSK-nın İstanbul seçkiləri ilə bağlı qərarı haqqında açıqlama verib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, açıqlamasında MSK-nın qərarının mübahisəsiz doğru olduğunu deyib.
“CHP sözçülərinin bu qərarla bağlı hörmətsiz və kobud ifadələri millətin iradəsinə və hüququn əsaslarına dözümsüzlükdür”.
D.Baxçalı ABŞ-ın Nümayəndələr Palatasında qəbul edilən qərar layihəsi ilə bağlı da danışıb:
“Türkiyə S-400 raket müdafiə sistemi bəhanəsi ilə siyasi və iqtisadi mühasirəyə alınıb, boyun əyməsi tələb olunur.
ABŞ Nümayəndələr Palatası Xarici İşlər Komissiyasında qəbul edilən “ABŞ-Türkiyə ittifaqı ilə bağlı narahatlıqların ifadə edilməsi” başlıqlı qərar tamamilə pis niyətin və müttəfiqlik hüququnu heçə sayan zehniyyətin məhsuludur”.
Pərvanə Ağazadə
AzNews.az