Şahan Gökbakardan nostalji təbrik

23 May 2019 16:38 (UTC+04:00)

Məşhur türk komediya ustası Şahan Gökbakar həyat yoldaşı Selin Gökbakarla olan evliliyinin 4-cü ilini nostalji bir paylaşımla qeyd edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, son günlərdə etdiyi siyasi çıxışlarla adından danışılan komediya ustası Şahan Gökbakarın Selin Gökbakar ilə evliliyi xoşbəxt bir şəkildə davam edir.

2015-ci ildə evlənən cütlük xoş anlarını izləyiciləri ilə paylaşır.

Aktyor bu dəfə evlilik haqda paylaşımlarını belə edib:

"4 ildir zövcəm ilə xoşbəxtik. 4-ün yanına bir 0 da əlavə edərik, inşallah, həyat yoldaşım..."

Səidə Vahid

AzNews.az