Arda Turan: “Nəhayət Azərbaycandan da bir ulduz çıxa bilər”

2 May 2013 15:14 (UTC+04:00)
"Bakı" klubunun 15 yaşlı futbolçusu Mahir Mədətov Azərbaycanda səfərdə olan "Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turanı heyran edib. Gənc futbolçu ANS PRESS-ə verdiyi açıqlamada futbol, nailiyyətləri və ən yadda qalan oyunu haqqında danışıb.

Sol cinah yarımmüdafiəçisi oyun "Bakı"-"Atletiko" oyunundan əvvəl Arda Turanla görüşüb. Məşqi izləyən Arda Turan: "Səndə Ronaldonun fiziki göstəriciləri var. Öz üzərində məşq et, nəhayət Azərbaycandan da bir ulduz çıxa bilər" - deyə bildirib.

5 yaşından futbolda olan Mahir Mədətov ilk nailiyyətini 11 yaşında qazanıb. Futbolçu artıq 3 ildir ki, millinin heyətində çıxış edir. Ən yadda qalan oyunu "Caspian Cup" turnirində keçirib. Onun komandası 2-ci yerə çıxıb.

Futbolçunun sözlərinə görə, ona "Xəzər Lənkəran", "Qəbələ", "Atletiko" (Madrid) və Danimarka klublarından birindən təklif gəlsə də, öz klubundan getmək niyyətində deyil.

Mahir Mədətov həm də, Azərbaycanda birinci liqaya düşən ən gənc üç futbolçudan biridir. Millinin heyətində "Barselona"nın kiçik yaşlı futbolçularını 1:0 hesabı ilə məğlub ediblər. Onun ən sevimli futbolçusu isə Kriştiano Ronaldodur. Azərbaycanlı oyunçulardan isə Ağababa Ramazanovun (Xəzər Lənkəran) uğurlarına daha çox inanır.

AzNews.az