"Çelsi"nin hücumçusu məşqdə komanda yoldaşları ilə mübahisə etdi - VİDEO

23 May 2019 19:10 (UTC+04:00)

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlaşan İngiltərə "Çelsi"sinin futbolçusu Qonzalo İquain məşqdə qalmaqala səbəb olub.

32 yaşlı hücumçu komanda yoldaşları ilə mübahisə edib. Argentinalı forvardı qapıçı Villi Kabalyeroya və hücumçu Pedro Rodriqes sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq. Qonzalo İquain müqavilə ilə İtaliyanın "Yuventus" klubuna məxsusdur. (report)

AzNews.az