Ermənistanda yol qəzasında hərbi polis yaralandı

23 May 2019 19:22 (UTC+04:00)

Ermənistanın Ararat şəhərində baş vermiş yol qəzasında hərbi polisin bir əməkdaşı yaralanıb.

“Mercedes E320” və “Hyundai Azera” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində, ümumilikdə, 5 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır. (report)

AzNews.az