Əfqanıstanda hava zərbələri nəticəsində daha 14 mülki şəxs öldü

23 May 2019 19:34 (UTC+04:00)

Əfqanıstanda mayın 20-22-də hava zərbələri nəticəsində 14 dinc sakin ölüb.

Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) “Twitter”dəki səhifəsində bildirilir.

Məlumata görə, Helmənd və Kunar əyalətlərinə endirilən iki hava zərbəsi nəticəsində ölən 14 nəfər dinc sakin arasında 5 qadın və 7 uşaq da var.

“Tərəflər dinc əhalinin qorunmasına dair öhdəliklərinə riayət etməlidir”, - UNAMA qeyd edib. (report)

AzNews.az